Noyabrın 1-də Şuşa Dövlət Musiqili Dram Teatrında Xalq yazıçısı Elçinin “Cəhənnəm sakinləri” əsəri əsasında hazırlanmış tamaşasının premyerası keçiriləcək. Tamaşa Şuşa Dövlət Musiqili Dram Teatrı kollektivinin ifasında Azərbaycan Dövlət Musiqili Komediya Teatrının səhnəsində baş tutacaq. Tamaşanın quruluşçu rejissoru Elşən Zeynallı, rəssamı Valeh Məmmədov, musiqi tərtibatçısı Firudin Bağıroğludur. Rollarda Püstəxanım Zeynalova, İqra Salamov, Rauf Şahsuvarov və başqaları iştirak edəcəklər.