Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının kollektivi noyabrın ikinci ongünlüyündə regionlara qastrol səfərinə gedəcək.
   Teatrdan verilən məlumata görə, kollektiv bu yaxınlarda Balakən - Şəki - Zaqatala bölgəsindən qastrol səfərindən qayıdıb. Teatr kollektivinin növbəti çıxışları isə Cənub bölgəsində, həmçinin Şamaxı, İmişli, Saatlı və Sabirabad rayonlarında olacaq.
   Milli Dram Teatrının yaradıcı kollektivinin ifasında tamaşaçılar bir sıra tamaşalara baxmaq imkanı qazanacaqlar. Teatrın bölgələrə səfər proqramı bu ilin sonunadək davam edəcək.