Bakı Beynəlxalq Teatr Konfransının plenar iclasının birinci günü maraqlı müzakirələrlə yadda qaldı
Bakı Beynəlxalq Teatr Konfransının açılış mərasimindən sonra forum plenar iclasla davam etdi. Sənətşünas Məryəm Əlizadə (Azərbaycan) və Tuncer Günenoğlunun (Türkiyə) moderatorluq etdiyi iclasda Azərbaycan, Böyük Britaniya, Qırğızıstan, Ukrayna, Gürcüstan, Rusiya, Səudiyyə Ərəbistanı və digər ölkələri təmsil edən tanınmış teatrşünaslar müxtəlif mövzularda çıxış etdilər.
İclasda çıxış edən Gürcüstanın Marçanişvili adına Dövlət Akademik Dram Teatrının direktoru Yekaterina Mazmişvili bildirdi ki, bu gün dünyadan daha çox mənfi informasiyalar alırıq. Lakin buna baxmayaraq insanlar xoş xəbərlər də eşitmək istəyirlər: «Bu xoş xəbərləri insanlara teatrlar çatdıra bilər».
Sonra o, teatrın problemlərindən bəhs etdi və bildirdi ki, bu problemlər bütün dövrlərdə eyni olub: «XIX əsrdə teatr üzləşdiyi problemlərlə XX əsrdə də üzləşib. Eyni zamanda teatr insanların həyatında həmişə böyük rol oynayıb və bu gün də vəziyyət eynidir. Teatrla daim əməkdaşlıq etmək lazımdır. Ən böyük əməkdaşlığı isə tamaşaçı etməlidir. Burada teatrla bağlı müxtəlif ideyalar səsləndirildi. Mənə elə gəlir ki, ideyaları həyata keçirmək üçün maliyyə tələb olunur. Yəni ideyalar maliyyəyə söykənir».
Natiq yaxın qonşu olmamıza baxmayaraq son 10 ildə ilk dəfə Bakıya gəldiyini bildirdi: “Çox sevinirik ki, Bakıda belə bir konfrans təşkil olunub və biz fikir mübadiləsi apara bilirik. Biz sevinirik ki, belə təşəbbüslər var».
Sənətşünaslıq doktoru, professor İlham Rəhimli «Azərbaycan Dövlət Teatrları sistemi: Retrospektiv baxış» adlı məruzə ilə çıxış etdi. O bildirdi ki, çağdaş Azərbaycan teatrı instusional mədəniyyət faktı olaraq dövlət teatr sistemində fəaliyyət göstərir: «Teatr tariximizin indiki mərhələsini anlamaq, gələcəyi proqnozlaşdırmaq və bunun əsasında düzgün inkişaf strategiyası müəyyənləşdirmək teatr nəzəriyyəçilərinin və praktiklərinin yekdil məqsədidir. Bugünkü teatr fəaliyyətinin başlıca problemini olduğu kimi aşkarlayıb təhlildən keçirmək, üzərində düşünmək üçün teatr tariximizə retrospektiv nəzər salmaq lazımdır». Teatrşünas bunun üçün dörd tezisin əsas səciyyələrini verməyə çalışdığını diqqətə çatdırdı.
Bu tezislər çərçivəsindən çıxış edən İ.Rəhimli konfrans iştirakçılarına Azərbaycan teatrının tarixindən və onun formalaşmasından danışdı: «1908-ci ildən başlayaraq Azərbaycan teatr xadimləri Həştərxan, Orenburq, Batum, Dərbənd, Qroznı, Buxara, Daşkənd və başqa şəhərlərdə dəfələrlə qastrol səfərlərində olublar».
Milli teatrımızın inkişafı, əsil peşəkarlıq mərhələsinin 1919-cu ildə başladığını deyən teatrşünas, ötən illərdə Azərbaycan teatrının keçdiyi yoldan, inkişafdan da söz açdı. Eyni zamanda o, Azərbaycan teatrı haqqında verilən nikbin və bədbin proqnozlar haqqında məlumat verərək bildirdi: «Başlıca qənaət kimi söyləyə bilərəm ki, bu gün biz Azərbaycan teatrında bu meyillərin işartılarını duyuruq, sezib görürük. Lakin sistemli tədbirlərə hələ başlanılmayıb. Halbuki bunun əsl vaxtıdır».
Ukraynanın Les Kurbas adına teatrı və mədəniyyət mərkəzinin direktoru Nelli Korniyenko çıxışına başlamazdan öncə optimist proqnozlar verəcəyini bildirdi və son dövrdə baş verən hərəkatlardan bəhs etdi: «Biz klassik incəsənətin mövcud olduğu dövrdə yaşamışıq. Sonra modern incəsənət, bunun ardınca da post qeyri-klassik incəsənət meydana gəldi. Bayaq mühazirəçilərdən biri teatr haqqında danışarkən bu sənətin əyləncə olduğunu bildirdi. Amma mən deyərdim ki, teatr strateji bir sənətdir. Teatr sadəcə həyatı əks etdirmir, o həm də diaqnostikadır və cəmiyyətin diaqnozunu müəyyən edir».
Londondan gələn mühazirəçi Rocer Mkann isə beynəlxalq əməkdaşlığa hər zaman böyük dəyər verdiyini diqqətə çatdırdı: «Bizim teatrımız 1996-cı ildə yaradılıb. Çalışırıq ki, başqa ölkələrin teatrları ilə beynəlxalq əməkdaşlıq edək və təcrübə mübadiləsi aparaq. Amma bəzən çətinliklərimiz də meydana çıxır. Məsələn, biz Amerikada baş verən 11 sentyabr hadisələri və Amerikanın İraqa hücumu ilə bağlı tamaşa hazırlamışdıq. Amma məsələn, Corc Buşun obrazını yaratmaq istədikdə ortaya böyük çətinliklər çıxdı».
Natiq öz çıxışında konfransın əhəmiyyətindən də danışdı: «Belə bir fikir mübadiləsi və əməkdaşlıq çox vacibdir. Mən sevinirəm ki, Bakıda keçirilən belə bir konfransa dəvət almışam. Deyirlər, bütün sahələrdə qloballaşma baş verir. Belə açıqlıq isə qloballaşmanı daha da sürətləndirir».
İsveçrədən gələn dramaturq Ursula Uerdenberq isə müasir dövrdə meydana gələn müxtəlif dramaturgiya növlərindən bəhs etdi. O bildirdi ki, öz ölkəsində dramaturgiya sahəsində müxtəlif cərəyanlar və müxtəlif teatrlar qurulur: «Gənclər müasir dövrə arxalanıb əsər yazmaq istəyirlər: «Onlar öz qəhrəmanlarını real, müasir dövrə uyğun görmək istəyirlər. İnanıram ki, dramaturgiyanın gələcəyi var və bu sahədə universal düşüncə tərzinə hər zaman ehtiyac olacaq».
Dramaturq Ali İhsan Kaleci (Fransa) teatrda tamaşaçıya ehtiyac olduğunu və tamaşaçı olmazsa, teatrın da olmadığı fikri ilə çıxış etdi: «Artıq 20 ildir ki, Fransada yaşayıram. Əvvəllər orada 30-40 tamaşa var idi. İndi isə minlərcə tamaşa var. Bu ona gətirib çıxarır ki, teatrda insan-tamaşaçı yox olur. Buna fransız dilində dishumanizm deyirlər. Yəni teatr hər zaman özünə tamaşaçı istər».
Qırğızıstandan olan teatr tənqidçisi Tsıtsıqama Umuraliyeva dünya teatrlarında baş verən hadisələrin, yeniliklərin onlar üçün maraqlı olduğunu bildirdi: «Əgər 90-cı illərdə Qırğızıstanda cəmi 15 teatr var idisə, indi onların sayı artıb. Hətta alternativ teatrlar da meydana gəlib. Teatr ənənələrə söykənir. Bizim ənənələrimiz isə dastanlarımızdır. Bundan başqa dünya məkanına inteqrasiya etmək də vacibdir. Bəlkə də bütün bunlar qırğız teatrını qaldırmağa, inkişaf etdirməyə kömək edər. İnsan inkişaf etməlidir ki, ətraf mühit də inkişaf etsin».
Qısa fasilədən sonra plenar iclas davam etdi. İclasın bu hissəsində Yaak Allik (Estoniya), Devid Pərri (Britaniya), Endrü Pol (ABŞ) və başqaları çıxış etdilər.
Konfransın plenar müzakirələri noyabrın 10-da davam edəcək.
Mehparə