Noyabrın 23-də M.F.Axundov adına Milli Kitabxanada Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin təşkilatçılığı ilə “Teatr tənqidi: problemlər, perspektivlər” mövzusunda dəyirmi masa keçirildi. Dəyirmi masada Milli Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutunun əməkdaşı, sənətşünaslıq namızədi İlham Qazızadə “Teatr tənqidi və tamaşaçı problemi”, sənətşünaslıq namızədi Zəminə Axundova “Cəmiyyətin mənəvi-estetik həyatında tənqidin funksiyası”, Vidadi Qafarov “Müasir informasiya cəmiyyətində teatr tənqidinin yeri” mövzusunda çıxış etdilər.
   Müzakirələrdə mərkəzin incəsənət bilikləri şöbəsinin müdiri Rafiq Quliyev, filologiya elmləri namizədi Rasim Nəbioğlu, Mədəniyyət və İncəsənət Universitetinin dosenti, sənətşünaslıq namizədi Aydın Talıbzadə, Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi Bəxtiyar Xanızadə, Kukla Teatrının rejissoru Namiq Ağayev iştirak edirdilər.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar