“Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramı”na uyğun olaraq, Bakıda Çexov adına Beynəlxalq teatr festivalının “İpək yolu” mərhələsi davam edir. Noyabrın 20-22-də Gənc Tamaşaçılar Teatrında teatrsevərlərə Rusiya və Belarus rejissorlarının birgə hazırladığı “Toy” tamaşası təqdim olunub.
   Moskvalı rejissor Vladimir Pankovun Yanka Kupala adına Belarus Akademik Dram Teatrının bazasında səhnələşdirdiyi tamaşa “SounDrama” janrındadır. Bu janrda əsas aparıcı xətt səslərdir.
   Festivalın sonuncu tamaşası isə Kanada teatrının “Yağış” səhnə əsəridir.
   Kanadanın tanınmış Eluaz sirkinin “Yağış” tamaşası isə 2003-cü ildən bütün dünyada uğurlu qastrol səfərlərinə çıxıb. Tamaşanın rejissoru Daniele Finse Paskadır. Publikanın sevimlisi olan Daniele Finse Paska həm rejissor, yazıçı, xoreoqraf, həm də kloundur. “Yağış” tamaşası noyabrın 25-dən 30-dək Rus Dram Teatrında göstəriləcək.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar