Dövlət Gənc Tamaşaçılar Teatrında yazıçı-dramaturq Tamara Vəliyevanın «Mənim ağ göyərçinim» tamaşasının yeni səhnə versiyası hazırlanır.İlk məhəbbət haqqında iki hissəli lirik dramın yeni səhnə redaksiyasının müəllifi və quruluşçu rejissoru teatrın baş rejissoru, Xalq artisti Cənnət Səlimova, tərtibatçı rəssamı Gürcüstanın tanınmış rəssamı, Tumanaşvili adına Teatrın baş rəssamı Şoto Qlurdjidze, rejissor assisenti Əməkdar artist Nofəl Vəliyevdir. Tamaşanın plastik həlli və rəqslərin quruluşu Vüsal Mehrəliyevə, musiqi tərtibatı isə Vladimir Neverova məxsusdur. Tamaşada istifadə edilən şeirlərin müəllifi Mirzəağa Mirzəyevdir.
   20 Yanvar faciəsi qurbanlarının əziz xatirəsinə həsr olunmuş tamaşada rolları əməkdar artistlər Rafiq Hüseynov, Rahib Əliyev, aktyorlar Eşqin Quliyev, İlham Əsədov, Elnur Hüseynov, Nəsibə Eldarova, Günel Məmmədova və başqaları ifa edirlər.
   Gülər







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar