Fevralın 10-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Qara Qarayevin «Yeddi gözəl» baletinin tamaşası keçiriləcək. Tamaşada Bəhram şah rolunun ifaçısı Rusiyanın Böyük Teatrının aparıcı solisti - balet artistlərinin beynəlxalq müsabiqələrinin laureatı, Sankt-Peterburqun «Qızıl sofit» ali teatr mükafatının qalibi Mixail Lobuxindir. M.Lobuxin Bəhram şah rolunu həm də fevralın 21-də balet truppasının Böyük Teatrın səhnəsindəki çıxışı zamanı da ifa edəcək. Qeyd edək ki, M.Lobuxin ötən il Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində L.Minkusun «Don Kixot» baletində çıxış edib.
   Q.Qarayevin «Yeddi gözəl» baletinin quruluşçu baletmeysteri Vasili Medvedyev bildirib ki, baş rol ifaçıları tamaşaçılar üçün çox maraqlı olacaq: «M.Lobuxin dünya səviyyəsində parlaq bir balet ulduzudur. Tamaşada Gözəllər gözəli rolunu ifa edəcək Azərbaycanın Əməkdar artisti Kamilla Hüseynova ilə Mixail Lobuxin cütlüyünün birgə çıxışı çox maraqlı və gözəl alınacaq». 

  Gülər







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar