Füzuli Dövlət Dram Teatrında 2011-ci ilin repertuarında Hüseynbala Mirələmovun «Vicdanın hökmü» əsərinin son məşqləri gedir. Əsər Qarabağ həsrəti, Qarabağ dərdi, vətəndən uzaqda yaşayan soydaşımızın vətən torpağına olan biganəliyindən, laqeydliyindən, digər soydaşımızın isə vətəninin dar günündə ürəyinin səsinə, vicdanın hökmünə qulaq asaraq, vətən torpağına qayıdıb göstərdiyi qəhrəmanlıqdan bəhs edilir.
Tamaşanın quruluşçu rejissoru Asif Şirinov, quruluşçu rəssamı Ellinaz Balaşova, musiqi tərtibatçısı Nizami Süleymanovdur. Baş rolları Şəlalə Nəsirova, Vaqif Rəhimov, Habil Hacıyev, Qorxmaz Qarayev, Sevinc Məmmədova və başqaları ifa edirlər.