Bakı Uşaq Teatrı artıq xeyli müddətdir ki, üç tamaşa üzərində işləyir. Teatr yaxın günlərdə hər üç tamaşanı azyaşlıların ixtiyarına verəcək. Teatrın rəhbəri İntiqam Soltan bildirib ki, fevralın 12-də Asəf Bayramovun «Mikki Mausun toyu» əsərinin motivləri əsasında hazırladığı «Şrek və dostları» tamaşasının premyerası olacaq. Tamaşada rolları Nigar Qasımova, Esmira Həsənova, Elmir Mehdiyev və başqaları ifa edir.
   İntiqam Soltan türk nağılları əsasında «Üç ayı balası və qəhrəman köpək» adlı ikihissəli tamaşaya da quruluş verib. Hər iki hissəsi ayrı tamaşa olan bu səhnə əsəri fevralın 16-da təqdim olunacaq. Teatrın məşqlərini yekunlaşdırdığı digər bir tamaşa isə Karlo Qaldoninin «Məzəli hadisə» pyesi əsasında hazırlanır. Rejissoru Xalq artisti Ağaxan Salmanlı olan səhnə əsərində rolları Ruslan Mürsəlov, Rauf Hüseynov, Kamil Şahbazov və digərləri ifa edəcək. Uşaq Teatrının «Məzəli hadisə»si isə fevralın 20-də nümayiş olunacaq.  

 Gülər







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar