Məlum olduğu kimi, Azərbaycan qeyri-maddi mədəni irsinin ən parlaq nümunəsi olan Novruz bayramı UNESCO-nun bəşəriyyətin qeyri-maddi mədəni irsi siyahısına daxil edilib. Musiqili Komediya Teatrı Novruz bayramının yüksək səviyyədə keçirilməsini, milli adət-ənənələrimizin, mədəniyyətimizin yaşadılmasını və geniş şəkildə təbliğini təmin etmək məqsədilə repertuara bu mövzuda əsər daxil edib. Belə ki, teatr gənc yazıçı Günay Həsənoğlunun «Səməni» əsərini hazırlamağa qərar verib.
   Tamaşanın quruluşçu rejissoru Yusif Əkbərov, rəssamı Nabat Səmədova, baletmeysterləri Zakir və Yelena Ağayevlər, musiqi tərtibatçısı Mehman Fərəcovdur. Əsas rollarda Əməkdar artist Əkbər Əlizadə, aktyorlardan Rəsmiyyə Nurməmmədova, Ülviyyə Əliyeva, Gülçöhrə Abdullayeva, Elçin İmanov və digərləri iştirak edəcək. Bu tamaşa təkcə Novruz şənlikləri günlərində deyil, başqa vaxtlarda da təqdim olunacaq. «Səməni» tamaşası vasitəsi ilə gənc nəslə milli adət və ənənələrimiz barədə ətraflı məlumat veriləcək.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar