2009-cu ilin oktyabr ayından etibarən Şuşa Dövlət Musiqili Dram Teatrı «Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması» İctimai Birliyi və «Azərsun Holdinq» şirkətlər qrupu ilə birgə «Bura vətəndir» adlı silsilə tədbirlər keçirir. Bu silsilədən daha bir tədbir 31 Mart - Azərbaycanlıların soyqırımı günü ilə bağlı keçiriləcək. Teatrdan verilən məlumata görə, martın 31-də Sumqayıt Dövlət Universitetində keçiriləcək tədbirdə Şuşa Dövlət Musiqili Dram Teatrı E.Abdullayevanın «Ağ qayıq» tamaşasını təqdim edəcək.
   Gülər