İyulun 15-də "Kiçik QalArt" qalereyasında birinci Avropa Oyunlarına həsr olunmuş "Bakı-2015”: Xoşbəxt anlar" adlı fotosərgi açılacaq. Sərgi "Arts Council Azerbaijan" ("Azərbaycan İncəsənət Konsulluğu") və Avropa Oyunlarının rəsmi tərəfdaşı olan "Azərbaycan Coca-Cola Bottlers" şirkətinin təşəbbüsü, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə təşkil ediləcək.
"Arts Council Azerbaijan" təşkilatından bildirilib ki, Avropa Oyunları zamanı yaşanan ən xoşbəxt anları və emosiyaları əks etdirən fotoların nümayiş olunacağı sərgi iyulun 22-dək davam edəcək. Tədbirdə 16-30 iyun tarixlərində keçirilmiş fotomüsabiqənin qalibləri mükafat və diplomlarla təltif olunacaqlar.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar