Səs və sözlərdən xali dil

Son zamanlar məşhur sözlər siyahısına  “bədən dili” deyilən bir məfhum da düşüb. Bu dillə bağlı araşdırmalar aparılır, yazılar yazılır. “Bədən dil”ini bilənlər qarşısındakı şəxsin nə hiss etdiyini sözsüz anlayır. Əlbəttə, əgər qarşısındakı bu “dil”i bilən mütəxəssisdirsə… Çex yazıçısı Milan Kundera yazır: “Hərəkətlərimiz bizi biruzə verir.  Biz onların vasitələri, oyuncaqlarıyıq”. Qısa bir zaman ərzində xırda bir hərəkətimiz gizlətməyə çalışdığımız duyğu və düşüncələrimizi aşkara çıxarır. Yəni, sözlərimiz yalan deyə bilər, amma hərəkətlərimiz - əsla!  Dünən niyə məktəbə gəlmədiyini izah etməyə çalışanda - müəlliminin az da olsa bu məsələ ilə bağlı bilgisi varsa - boş yerə danışmağın bir mənası yoxdur.   Hətta tarix dərsinin ortasında özünü ciddi- ciddi dərs dinləyirmişsən kimi göstərir, lakin beynində şəxsi məsələlərin barədə düşünürsənsə, “olduğun kimi görün”mək məsələsində heç bir şansın yoxdur: bədən dilini bilən müəlliminin ilk sualının qurbanı sən olacaqsan.
 “Bədən dil”ini necə anlamalı?

Bəlkə indi baş tutmadı, amma bir gün işgüzar bir görüşə gedəcəksiniz. Deyək ki, istədiyiniz iş üçün getdiniz və həyəcandan ürəyiniz dayanmaq üzrədir. Bunun qarşısını almaq mümkün deyil, amma qarşınızdakına duyurmamaq üçün əlinizdən gələni edə bilərsiniz. İçəri daxil olduqda qapıya yaxın bir yerdə oturmağınız: “mən çox gərginəm’ mənasını ifadə edəcək. Uyğun yerdə oturun və stulun kənarlarına deyil, arxasına söykənin. Gərginliyinizi gizlətməyə çalışıb ayağınızı o biri ayağınızın üstünə aşırtsanız, qeyri-ciddi insan təsəvvürü yaradacaqsınız.  Danışanda əllərdən istifadə etmək qarşıdakı insanın diqqətini çəkər və düşüncələrinizin daha obrazlı çatdırılmasına kömək edər. 

Dinləyərkən xəfifcə önə əyilmək işə yaraya bilər. Amma qarşınızdakı əllərini stolun üstündə piramida (üçbucaq) şəklində çənəsinə dayayıbsa, bu,  “işlər yaxşı deyil” deməkdir. Əsla həyəcanlanıb qulağınızı və ənsənizi qaşımayın. Bunun mənası “ mesajinızı aldım, mən də zatən dediyim sözlərdən o qədər də əmin deyiləm” deməkdir. Daha sakit olub, dediklərinizi daha yaxşı ifadə etmək ən yaxşı yoldur.

 Bədən dili ilə bağlı bəsit nümunələr:

* Danışarkən əlinin iç tərəfini qarşısındakına doğru tutaraq danışan şəxs nəyisə ondan gizlətməyə çalışır.

 * Əgər dinləyən şəxs əlini çənəsinə qoyubsa, nəyəsə qərar verməyə hazırlaşır. 

  * Hansısa toplantıda divanın, ya stolun ucunda oturan şəxs “hər an getməyə hazıram” mesajını verməklə birlikdə, bu məkandan sıxıldığını da ifadə etmiş olur.

* Əl verib görüşəndə barmaqlarının ucu ilə xəfif şəkildə qarşısındakının əlini tutanlar özünə güvəni olmayan insanlardır.  

* Bundan başqa, özünə güvəni zəif olan insanların bir yerdən tutma, o cümlədən harasa söykənmə kimi vərdişləri olur.

* Əllərini qoynuna qoyan insan  olduğu məkandan və ya danışdığı insandan sıxıldığını bildirir.

* İşarət barmağını qaldırıb danışanlar gizli şəkildə qarşısındakını təhdid edir. 
*Oturarkən ayaqlarını dizdən qatlayaraq geriyə - stulun altına çəkən insan qapalı insandır.

 * Yalan danışan insanların göz bəbəkləri böyüyər, əlləri rabitəsiz hərəkətlər edər.

 * Eşitdiyi məsələyə marağı olan dinləyici barmaqlarını bir-birinə keçirmiş vəziyyətdə olur.  

 * Tarix boyunca açıq ovuc (əlin içi) doğruçuluq, sədaqət və dürüstlüyü ifadə etmişdir. Bir çox andiçmələrdə əl açıq şəkildə ürəyin üstünə qoyularaq and içilir. Əgər qarşıdakı insan hər iki əlinin içini yuxarıya doğru açıq tutubsa “sənə qarşı tamamən dürüstəm” deməkdir.

*Danışan insan əli ilə ağzını qismən də olsa gizlətməyə çalışırsa, bu, yalan danışdığını bildirir. Əgər siz danışarkən də bunu edirsə, deməli, sizin yalan danışdığınızı düşünür.

*Əlləri arxada tutmaq özünəgüvənin işarəsidir.

Bu sıranı uzatdıqca uzatmaq olar. Alimlərin dediyinə görə, bədən dili mağara dönəmindən bu günümüzə gəlib çıxıb. Deməli, etdiyimiz çox hərəkətlər instintktivdir. Əgər bədən dili ilə maraqlanırsınızsa,  canınız sıxıldıqda ətrafa baxaraq yaxşı vaxt keçirə bilərsəniz.

 Hazırladı: Turan







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar