Mədəniyyət və Turizm Nazirliyi tərəfindən 2015-ci ilin ikinci yarısında bir sıra tanınmış incəsənət xadimlərinin yubiley gecələri təşkil olunacaq.
Noyabr ayında Xalq artisti, müğənni Gülağa Məmmədovun 90, dekabrda Xalq artisti, bəstəkar Ağadadaş Dadaşovun 80, Xalq rəssamı Nadir Əbdürrəhmanovun 90, Xalq artisti, bəstəkar Tofiq Bakıxanovun 85, SSRİ Xalq artisti, müğənni Rəşid Behbudovun 100 illiyi qeyd ediləcək.
Həmçinin oktyabr ayında Xalq artisti Bəşir Səfəroğlunun 90, Xalq artisti Afaq Bəşirqızının 60 illiyinə, noyabr ayında Xalq artisti, dirijor Nazim Rzayevin 90, Xalq artisti, rəqqas və baletmeyster Əlibaba Abdullayevin 100 illiyinə həsr olunmuş yubiley tədbirlərinin keçirilməsi nəzərdə tutulub.