Prezident İlham Əliyev sentyabrın 1-də Timuçin İlyas oğlu Əfəndiyevin “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. Bakı Xoreoqrafiya Akademiyasının rektoru, Əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor Timuçin Əfəndiyev Azərbaycan təhsilinin inkişafında xidmətlərinə görə təltif olunub.