Prezident İlham Əliyev oktyabrın 2-də görkəmli bəstəkar, Xalq artisti Xəyyam Hadı oğlu Mirzəzadənin “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Bəstəkar Azərbaycan musiqisinin təbliğində və musiqiçi kadrların hazırlanmasında xidmətlərinə görə təltif olunub. Oktyabrın 5-də sənətkarın 80 yaşı tamam olub.