Dramaturq Əli Əmirlinin 1993-cü ildə qələmə aldığı məşhur «Bala bəla sözündəndir?» komediyası «Çağırış vərəqəsi» adı ilə Qax rayonunun Əlibəyli kəndində yerləşən Azərbaycan Dövlət Gürcü Teatrında səhnəyə qoyulub. Bu barədə məlumat verən müəllif bildirib ki, əsəri gürcü dilinə İsako Zeynalaşvili tərcümə edib. O, həm də tamaşanın quruluşçu rejissorudur.
Qeyd edək ki, tamaşada Qarabağ müharibəsi dövründə arxa cəbhədə - Bakıda bir ailə daxilində baş verən hadisələr təsvir olunur. Hadisələrə komik prizmadan yanaşan müəllif oğlunu cəbhədən yayındırmaq üçün əcaib yollara əl atan bir ailənin komik cəhdlərini qələmə alıb.
Gülər