Füzuli Dövlət Dram Teatrı Xalq yazıçısı İlyas Əfəndiyevin «Unuda bilmirəm» əsəri əsasında hazırladığı tamaşa üzərində işləri bitirmək üzrədir.
Hazırda tamaşanın son məşqləri aparılır. Teatrdan verilən məlumata görə, fevralın sonuna qədər səhnə əsəri ictimaiyyətin ixtiyarına veriləcək. Tamaşanın quruluşçu rejissoru Asif Şirinov, quruluşçu rəssamı Ellinaz Balaşova, musiqi tərtibatçısı Nizami Süleymanovdur. Rolları Vaqif Rəhimov, Sevinc Məmmədova, Qocaq Qarayev, Elçin Məmmədov və başqaları ifa edəcəklər.
Bundan başqa, teatrda M.F.Axundzadənin 200 illiyi münasibəti ilə dövlət sifarişi əsasında da tamaşa səhnəyə qoyulacaq. Bu münasibətlə hazırlanan «Hacı Qara» komediyasının ilk məşqləri artıq başlanıb.