Fevralın 20-də Bakıda Uşaq və Gənclər Teatrları Beynəlxalq Assosiasiyasının (ASSİTEJ) icraçı komissiyasının iclası keçiriləcək. Gənc Tamaşaçılar Teatrının direktoru, ASSİTEJ-in Azərbaycan Milli Mərkəzinin sədri, Əməkdar artist Mübariz Həmidovun verdiyi məlumata görə, Bakıya qurumun üzvü olan 19 ölkədən nümayəndələr gələcək.
   İclasdan savayı, ayrı-ayrı ölkələrin teatr mütəxəssislərinin iştirakı ilə seminar-treninqlərin keçirilməsi də nəzərdə tutulub. Gənc Tamaşaçılar Teatrında baş tutacaq “Uşaq teatrlarında rəqs” adlı seminar-treninqdə rəqs sənəti ilə məşğul olan, tamaşalara rəqs quruluşu verən teatr əməkdaşları, gənc aktyorlar iştirak edəcəklər. “Uşaq nağıllarının müasir yozumu” mövzusunda seminara Bakı teatrlarının mütəxəssisləri cəlb olunacaq. “Marketinq və tamaşaçı şəbəkəsinin yaranması” mövzusunda seminar-treninqlərdə isə Bakı teatrlarının direktorları, direktor müavinləri, teatr xadimləri iştirak edəcəklər.    

  Ceyhun