Sumqayıt Dövlət Musiqili Dram Teatrında premyera
   
   Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Musiqili Dram Teatrının yaradıcı kollektivi yaxın günlərdə premyera ilə - Xalq yazıçısı İlyas Əfəndiyevin “Sən həmişə mənimləsən” əsərinin tamaşası ilə sənətsevərlərin görüşünə gəlir.
   Tamaşanın quruluşçu-rejissoru Xalq artisti Mərahim Fərzəlibəyov, səhnə tərtibatçısı əməkdar rəssam Mübariz Gəncəlidir.
   Səhnə əsərində Həsənzadə obrazını Xalq artisti İlham Əsgərov və Rauf Ağakişiyev, Nargilə obrazını Sədaqət Nuriyeva və Vəfa Həsənova canlandırırlar. Tamaşada həmçinin əməkdar artistlər Fəranə Musayeva, Ulduzə Nəsir, artistlərdən Kifayət Burziyeva, Mövsüm Hüseynov, Dağlar Rüstəmov, Mətanət Əmrullayeva, Kamran Dadaşzadə və Lalə Nəsir rol alıb.