Fevralın 19-da azərbaycanlı balet ulduzu Ülvi Əzizov Praqa Dövlət Operasının səhnəsində çıxış edəcək. Sənətçi Avropanın ən tanınmış səhnələrindən birində “Don Kixot” baletinin premyerasına qatılacaq. Ü.Əzizov ölkəmizi Avropanın ən məşhur səhnələrində təmsil edən yeganə azərbaycanlı balerondur.