Şuşa Dövlət Musiqili Dram Teatrı fevralın 23-də 16 saylı cəzaçəkmə müəssisəsində «Xocalı» adlı ədəbi-bədii kompozisiyasını təqdim edib.
   Teatr fevralın 24-də bu kompozisiyanı daha iki müəssisədə təqdim edəcək. İlk tədbir Qaradağ Rayon İcra Hakimiyyəti ilə birgə Qaradağ Mədəniyyət Mərkəzində keçiriləcək. Səhnə əsəri həmçinin «Azərbaycan Respublikası Dağlıq Qaradağ Bölgəsinin Azərbaycanlı İcması» İctimai Birliyi və «Azərsun Holdinq» Şirkətlər Qrupunun birgə təşkilatçılığı ilə keçirilən tədbirdə nümayiş olunacaq.
   Qeyd edək ki, kompozisiyanın rejissoru Əməkdar artist Loğman Kərimov, rəssamı Valeh Məmmədovdur.
   
   G.Nizamiqızı