Azərbaycan Dövlət Rus Dram Teatrı Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə aprelin 22-dən 25-dək Gürcüstanda qastrol səfərində olacaq. Kollektiv A.S.Qriboyedov adına Tbilisi Rus Dram Teatrının səhnəsində dahi mütəfəkkir M.F.Axundzadənin “Müsyö Jordan və Dərviş Məstəli şah” tamaşası ilə çıxış edəcəklər. Tamaşanın quruluşçu rejissoru Xalq artisti Aleksandr Şarovski, kostyum üzrə rəssam, Əməkdar incəsənət xadimi Fəxriyyə Xələfova, dekorasiya rəssamı Əməkdar rəssam Tahir Tahirov, quruluşçu rəssamı Nikita Sazonovdur (Sankt-Peterburq).
   Tamaşada əsas rolları xalq artistləri Məbud Məhərrəmov, Səfa Mirzəhəsənov, əməkdar artistlər Nataliya Şarovskaya, Fuad Osmanov, Mələk Abbaszadə və başqaları ifa edirlər.