Azərbaycan Teatr Xadimləri İttifaqının təşəbbüsü ilə reallaşan “Axundzadə dərsləri” layihəsi davam edir. Aprelin 7-də ATXİ-də gənc dramaturqlara növbəti ustad dərsi keçirilib.
   Tədbirdə Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti Azərpaşa Nemətovun “Dram əsərlərində hadisələrin qurulması” mövzusunda mühazirəsi dinlənilib. O, Azərbaycan dramaturgiyasının və teatr sənətinin inkişafında M.F.Axundzadənin rolundan, bədii yaradıcılığın ən mürəkkəb növü olan dram əsərlərinin qayda-qanunlarından bəhs edib. Mühazirədə hadisələrin qurulması, onların içində olan faktlar haqqında geniş məlumat verilib, qoyulan problem U.Şekspirin “Hamlet” əsəri əsasında izah olunub.
   Sonda mühazirəçi gənc dramaturqları maraqlandıran sualları cavablandırıb.