Məmməd Tağı Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrı Tacikistanda keçirilən “Kuklaların fantaziyası” III Beynəlxalq Kukla Teatrları Festivalında ölkəmizi təmsil edir. Aprelin 11-də başlanan festival bir həftə davam edəcək.
   Teatrın direktoru Yasəmən Ramazanovanın verdiyi məlumata görə, kollektiv Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə artıq ikinci dəfədir ki, bu beynəlxalq festivalda ölkəmizi təmsil edir. Teatr festivalda yazıçı Səbuhi Hüseynovun “Möcüzəli adanın sakinləri” pyesi əsasında hazırlanan tamaşanı təqdim edəcək. Tamaşanın rejissoru Yasəmən Ramazanova, quruluşçu rəssamı Cəlal Rzayev, bəstəkarı Əli Məmmədovdur.
   
   Ceyhun