Hüseyn Ərəblinski adına Sumqayıt Musiqili Dram Teatrının yaradıcı kollektivi Türkmənistanın paytaxtı Aşqabad şəhərində keçirilən beynəlxalq teatr festivalında uğurla iştirak edib. 
   Aprelin 11-dən 15-dək keçirilən festivalda Sumqayıt teatrı türk yazıçısı Tuncer Çiçenoğlunun “Ziyarətçi” pyesini təqdim edib. Kollektiv festivalın fəxri diplomuna layiq görülüb. Tamaşaçılar Könül Şahbazovanın quruluşunda təqdim olunan əsəri yüksək qiymətləndiriblər. Respublikanın Xalq artisti Svetlana Həşimovanın, aktyorlar Oqtay Mehdiyev, Sədaqət Nuriyeva və Yalçın Səlimovun ifaları sürəkli alqışlarla qarşılanıb, yerli KİV-lərdə geniş işıqlandırılıb.