Qax rayonunun Əlibəyli kəndində fəaliyyət göstərən Dövlət Gürcü Dram Teatrında Anton Çexovun “Ayı” və “Qız istəmək” pyesləri əsasında hazırlanmış tamaşanın premyerası olub. Mədəniyyət və Turizm Nazirliyinin sifarişi əsasında hazırlanan ikipərdəli tamaşanın quruluşçu rejissoru Valiko Malumaşvili, rəssamı Siuri Emraşvili, musiqi tərtibatçısı isə Leri Şioşvilidir. Əsas rolları teatrın aktyorları Vitali Sukaşvili, Rauli Baraxaşvili, Maqvala Emraşvili, Nona Çalaşvili və başqaları ifa ediblər.
Kənd mədəniyyət evinin səhnəsində oynanılan ilk tamaşa uğurlu keçib. Yaradıcı kollektiv sentyabrda, yeni teatr mövsümünün açılış günündə teatrsevərlər qarşısında bu tamaşa ilə çıxış edəcək.
Kənd mədəniyyət evinin səhnəsində oynanılan ilk tamaşa uğurlu keçib. Yaradıcı kollektiv sentyabrda, yeni teatr mövsümünün açılış günündə teatrsevərlər qarşısında bu tamaşa ilə çıxış edəcək.