![](/img/news/700x420/1436.jpg)
İttifaqın əməkdaşı, teatrşünas Çingiz Ələsgərovun bildirdiyinə görə, ötən müddətdə bu layihəyə 40-dan çox gənc və istedadlı dramaturq və nasir cəlb olunub. Onlar tərəfindən Azərbaycan Teatr Xadimləri İttifaqına 35 pyes təqdim edilib. Bu əsərlər tanınmış dramaturqlara təqdim ediləcək və onların rəyləri əsasında bu əsərlərin çapı həyata keçiriləcək. Bir necə səhnə əsəri isə Bakıda fəaliyyət göstərən teatrların repertuarına daxil ediləcək.