Müqəddəs Ramazan ayı ilə əlaqədar olaraq Türkiyə, Gürcüstan və Azərbaycan teatrları arasında yeni layihə hazırlanıb. Layihədə Azərbaycanı Bakı Uşaq Teatrı təmsil edəcək. Teatrın rəhbəri İntiqam Soltan bildirib ki, nümayiş olunacaq tamaşalar Ramazan ayının xüsusiyyətlərini özündə əks etdirən səhnəciklərdən ibarət olacaq. 14-18 avqustda baş tutacaq layihədə 20 nəfərdən ibarət aktyor heyəti iştirak edəcək: “Bu il ilk dəfə sınaq layihə həyata keçirilir. Gələn il onun miqyasını genişləndirmək nəzərdə tutulur. Gələcəkdə layihədə Özbəkistan, Rusiya, Ukrayna, Almaniya və digər ölkələrdən 200-dən çox sənətçinin iştirakı nəzərdə tutulur”.
Lalə Azəri