Mübarək Ramazan ayı ilə əlaqədar Türkiyədə Azərbaycan və Gürcüstan teatrlarının iştirakı ilə reallaşdırılan layihə başa çatıb. Layihədə Azərbaycanı Bakı Uşaq Teatrı təmsil edib.
Teatrın rəhbəri İntiqam Soltan bildirib ki, layihədə 10 nəfərdən ibarət aktyor heyəti iştirak edib. Nümayiş olunan tamaşalar Ramazan ayının xüsusiyyətlərini özündə əks etdirən səhnəciklərdən ibarət olub. Gələn il layihənin miqyasının genişləndirilərək bütün Ramazan ayı boyu davam etdirilməsi nəzərdə tutulur. Layihədə digər ölkələrdən də sənətçilərin iştirakı planlaşdırılır.
Türkiyədən qayıtdıqdan sonra Bakı Uşaq Teatrı bölgələrə qastrol səfərinə çıxıb.
Teatr Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrının səhnəsində “Həyatla oyun” adlı tamaşasını göstərib. Lənkərandan sonra tamaşa Yevlaxda da təqdim edilib. Bu günlərdə isə Gəncədə nümayiş olunacaq.
Rejissor İ.Soltan deyib ki, real həyatda baş verən hadisələr əsasında hazırlanmış tamaşanın əsas məqsədi insanları bəşəriyyətin ən böyük fəlakəti olan narkomaniyaya qarşı mübarizəyə səsləməkdir.