Dövlət Kukla Teatrı mövsümü dahi bəstəkarın əsəri ilə açacaq
Teatr mövsümünün açılışı ilə əlaqədar paytaxtın teatr kollektivləri qızğın iş rejiminə başlayıblar.
Abdulla Şaiq adına Dövlət Kukla Teatrının mətbuat xidmətindən verilən məlumata görə, yeni mövsümün ilk tamaşası sentyabr ayının 18-də baş tutacaq. Yaradıcı kollektiv yeni mövsümdə teatrsevərləri dahi bəstəkar Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” tamaşası ilə salamlayacaq.
Qeyd edək ki, sentyabr ayında uşaqlar teatrın səhnəsində aşağıdakı tamaşalara baxa biləcəklər: “Göyçək Fatma”, “Qocaq Əhməd”, “Ələddin”, “Sindibadın xoşbəxtlik adasına səyahəti”, “Dünya gözəli”, “Ağ və qara”, “Şəngülüm, Şüngülüm, Məngülüm”, “Zınqrovlu pişik”.
Lalə Azəri