Azərbaycan teatrının yaranmasında müstəsna əməyi olan səhnə xadimlərindən biri də Əbülfət Vəli (Vəlizadə) olmuşdur. O, müasirləri arasında «Vəli əfəndi» adı ilə də tanınmış, istedadlı rejissor və aktyor, habelə səriştəli teatr təşkilatçısı kimi məşhurlaşmışdır. Teatrşünaslar böyük faciə ustası Hüseyn Ərəblinskinin istedadının üzə çıxarılmasında və teatr xadimi kimi formalaşmasında Əbülfət Vəlinin xidmətlərini xüsusi qeyd etmiş, onun Azərbaycan teatrının ilk peşəkar aktyoru olduğunu göstərmişlər.
Əbülfət Vəli 1867-ci ildə (bəzi mənbələrdə 1871) Şuşada doğulmuş, 1918-ci ildə Göyçayda dünyasını dəyişmişdir. Görkəmli teatrşünas, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, mərhum İnqilab Kərimovun araşdırmalarından məlum olur ki, Əbülfət Vəli əsasən faciə aktyoru olmuş, yaratdığı obrazlar rəngarəngliyi ilə seçilmişdir. O, Xəlil («Hacı Qara»), Cahangir bəy («Müsibəti- Fəxrəddin»), Şah Təhmas, Cavad, Ədhəm və Heydər («Nadir şah»), Həkim və Heydər bəy («Bəxtsiz cavan»), «Şahmar bəy («Ev tərbiyəsinin bir şəkli»), Dəli Şirin («Daldan atılan daş topuğa dəyər»), Həsən («Qəzavat»), Dobçinski («Müfəttiş»), 11 İrakli («Ağa Məhəmməd şah Qacar»), Gavə («Gaveyi-ahəngər»), Abdulla («Dağılan tifaq»), Fon Moor («Qaçaqlar») və bir çox başqa rollarda çıxış etmiş, M.F.Axundzadənin «Hacı Qara», N.Vəzirovun «Müsibəti-Fəxrəddin», Ə.Haqverdiyevin «Dağılan tifaq» və «Bəxtsiz cavan» pyeslərinə fikir gözəlliyi və mənalı aktyor oyunu ilə dövrünün qabaqcıl ziyalılarını maraqlandıran» quruluşlar vermişdir.
O, 1908-ci ildə Azərbaycan səhnəsində ilk dəfə olaraq «Gaveyi-ahəngər» tamaşasında Gavə obrazını yaratmışdır. «O zamankı teatr tənqidinin etirafına görə, Əbülfət Vəli öz ağıllı və düşünülmüş oyunu ilə böyük təsir bağışlamış və yaxşı bir «kasıb dəmirçi tipi» yaratmışdı» (Akademik Cəfər Cəfərov).
Əbülfət Vəlinin 1911-ci ildə N.Nərimanovun «Nadir şah» pyesi əsasında hazırladığı tamaşa da xüsusi maraq doğurmuşdur.
Digər sənət dostları kimi, Əbülfət Vəli də Tiflis Azərbaycan teatrı və bu teatrın aktyorları ilə yaradıcılıq əlaqəsində olmuş, əməkdaşlıq etmişdir. Gürcüstanın Xalq artisti İbrahim İsfahanlının, digər sənət adamlarının xatirələrindən məlum olur ki, o, yerli ziyalıların və aktyorların dəvəti ilə dəfələrlə Tiflisdə tamaşalar hazırlamış, eyni zamanda Tiflisdə, Gürcüstanın digər şəhərlərində qastrolda olmuşdur.
Məlumdur ki, 1908-ci ildə Tiflisdə Əbdürrəhim bəy Haqverdiyevin «Ağa Məhəmməd şah Qacar» faciəsi tamaşaya qoyulmuş və böyük uğur qazanmışdır. Tamaşada Qacar rolunu Hüseyn Ərəblinski, İrakli rolunu Əbülfət Vəli, digər rolları Tiflis Azərbaycan teatrının aktyorları oynamışlar. Tamaşanın rejissoru Hüseyn Ərəblinski, onun köməkçiləri isə Əbülfət Vəli və Əbdürrəhim bəy Haqverdiyev özü olmuşdur.
Tiflis mətbuatı 1911-ci ilin iyun ayında xəbər verirdi ki, Bakıdan bir qrup artist şəhərə gəlmişdir. «Bunlar «Leyli və Məcnun» operasında baş rolda çıxış edən Sarabski, qoca və təcrübəli artist Vəli, Bakı tamaşaçılarının sevimlisi Mirzə Ağa Əliyev və başqalarından ibarətdir. İyunun 14-də Bakı artistləri ilə bərabər Tiflis həvəskarlarının iştirakı ilə Üzeyir Hacıbəyovun «O olmasın, bu olsun» operettası oynanacaqdır». (Q.Məmmədli. «Azərbaycan teatrının salnaməsi», Bakı, 1975, səh. 251-252).
İyunun 22-də «Kazyonnı teatr»da göstərilmiş həmin tamaşanın rejissoru Əbülfət Vəli, dirijoru Üzeyir Hacıbəyli özü idi. Mətbuatdan o da məlum olur ki, bu səfərin təşkilatçısı və rəhbəri Əbülfət Vəli olmuşdur.
Teatr tariximizin cəfakeş tədqiqatçısı Qulam Məmmədlinin həmin dövrə aid müxtəlif mənbələrdən toplayıb «Azərbaycan teatrının salnaməsi»nə daxil etdiyi məlumatlardan sətirlər: «Qafqaz şəhərlərinə qastrola çıxmış müsəlman artistləri Əbülfət Vəlinin idarəsi altında Tiflisdə «Leyli və Məcnun», «O olmasın, bu olsun»u oynayıb Batuma yola düşmüşlər... Burada Bakı artistləri Əbülfət Vəlinin idarəsi altında «Vətən» dramını oynayıb Suxuma yola düşmüşlər... Buraya (Suxuma - A. B.) gəlmiş Bakı artistləri Əbülfət Vəlinin idarəsi altında «Köhnə Türkiyə» dramını və «Dursunəli və Ballıbadı» məzhəkəsini oynayıb buradan Yaltaya, Sevastopola və Krımın başqa şəhərlərinə gedəcəklər».
Əbülfət Vəli 1912-ci ildə Tiflis Azərbaycan teatrının aktyorlarının iştirakı ilə Əbdürrəhim bəy Haqverdiyevin «Bəxtsiz cavan» pyesini tamaşaya hazırlamış və bu tamaşa Tiflisdə bir neçə dəfə göstərilmişdir. Tamaşada Tiflis teatrının aktyorları - Mirzəli Abbasov, Mirzəxan Quliyev, Məmmədtağı Ələsgərov və başqaları oynamışlar.
Professor İnqilab Kərimovun araşdırmalarından məlum olur ki, 1913-cü ildə Tiflisdə «Bəxtsiz cavan» pyesi yenidən Əbülfət Vəlinin rejissorluğu ilə tamaşaya qoyulmuş və bu tamaşada Hacı Səməd ağa rolunda Əbdürrəhim bəy özü çıxış etmişdir. Tamaşada Sidqi Ruhulla, habelə Tiflis Azərbaycan teatrının aktyorlarından Panfiliya Tanailidi, Mirzəxan Quliyev və başqaları oynamışlar (İ.Kərimov. «Ə.Haqverdiyev və teatr», Bakı, 1975, səh. 115).
Professor Abbas Hacıyevin «Tiflis Azərbaycan teatrı» kitabından: «Y.Tahirovun (Yusif bəy Tahirov həmin illərdə Tiflisdə azərbaycanlıların teatr cəmiyyətinin rəhbəri olmuşdur - A.B.) təşəbbüsü ilə tamaşaçıların psixologiyasını bilən bir aktyor - Əbülfət Vəli Tiflisə dəvət olundu. Bu böyük sənətkarın Tiflisə qastrolu aktyorların əhval-ruhiyyəsinə, tamaşaların səviyyəsinə ciddi təsir göstərdi. Əbülfət Vəlinin məsləhəti ilə yerli aktyorlar şəhərin müxtəlif teatrlarından intensiv surətdə istifadə edirdilər. Ayda dörd dəfə Gürcü Əyanlar Teatrında, üç dəfə Zubalov adına Xalq Evində tamaşa göstərirdilər».
Tiflis mətbuatından məlum olur ki, Əbülfət Vəlinin səfəri 1913-cü ilə təsadüf edir. Rejissor həmin il bir neçə tamaşaya uğurlu quruluşlar vermiş, eyni zamanda özü də həmin tamaşalarda çıxış etmişdir. Professor Abbas Hacıyevin fikrincə, bu tamaşaların uğurlu çıxmasının səbəbi Tiflis Azərbaycan teatrının təcrübəli və istedadlı aktyorlara malik olması ilə yanaşı, həm də Əbülfət Vəlinin bu aktyorların fərdi psixoloji xüsusiyyətlərini , onların zövq və oyun üslubunu yaxşı bilməsi, əsərlərə zəngin və orijinal quruluş verməsi, intensiv məşqlər aparması ilə bağlı olmuşdur. «Əbülfət Vəli Tiflisdə aydın ideyalı, mürəkkəb kompozisiyalı əsərləri tamaşaya qoyurdu. Çünki onun özü daha çox ehtiraslı, təkrarolunmaz faciə aktyoru idi... Əbülfət Vəli səhnədə özünü «unudur», surətlə, onun hiss və arzusu, düşüncə aləmi ilə yaşayırdı».
Rejissorun həmin səfər vaxtı verdiyi uğurlu quruluşlardan biri də türk dramaturqu Namiq Kamalın «Akif bəy» əsərinin tamaşası olmuşdur. Bu tamaşa barədə böyük şair və dramaturq Hüseyn Cavidin «İqbal» qəzetinin 9 oktyabr 1913-cü il tarixli sayında «Müxbir» imzası ilə «Tiflisdən teatr, yaxud sənəti-tamaşada təbəddül və tərəqqi» adlı məqaləsi dərc edilmişdir. Hüseyn Cavid öz məqaləsində əsəri və tamaşanı təhlil etmiş, aktyorların oyununu yüksək dəyərləndirmişdir. Bu barədə «Mədəniyyət»in ötən saylarının birində oxuculara məlumat vermişik. Ona görə də Hüseyn Cavidin tamaşanın rejissoru və əsas obrazlardan birinin yaradıcısı Əbülfət Vəli barədə yazdıqlarını oxucuların diqqətinə çatdırırıq: «...Əbülfət Vəli cənabları isə hər bir təqdirin fövqündə idi. Almış olduğu ixtiyar vəziyyəti, baxüsus əlaimi-vəcihəyi və bütün hərəkatı çox az artistə nəsib olan xassələrdən idi... Rejissor vəzifəsi Vəli əfəndinin öhdəsində idi. Dekorasiya qayət mükəmməl və çalğı da Tiflisdəki Osmanlı musiqi dəstəsi tərəfindən çalınırdı. Bir sözlə, bu axşamkı səhnə qüsursuz deyiləcək dərəcədə gözəl idi». (H.Cavid. «Əsərləri», IV cild, Bakı, 1985, səh. 227-228).
Əlbəttə, böyük dramaturqumuz Hüseyn Cavidin bu tamaşaya verdiyi yüksək qiymət təsadüfi deyildi. Bu, fədakar aktyor və rejissor Əbülfət Vəlinin istedadına və əməyinə verilən qiymət idi.
Əbülfət Vəli bu qiymətə layiq idi...
Adilxan Bayramov,
filologiya elmləri doktoru