Sentyabrın 17-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı özünün 85-ci teatr mövsümünə “Park Bulvar”da “Yatmış gözəl” tamaşası ilə start verdi. Yeni dərs ilinin başlanmasına həsr olunmuş tamaşanı məktəblilərlə bərabər, valideynlər və Milli Parkda gəzintiyə çıxmış şəhərimizin qonaqları da seyr ediblər.
Teatrın özündə isə yeni mövsümün ilk premyerası sentyabrın 22-də nümayiş etdiriləcək. Həmin gün saat 12-də tamaşaçılara gənc dramaturq Kamran Ağabalayev və rejissor Nicat Kazımovun “Rəvayəti-Şahzadeyi-Xəzər” tamaşası təqdim olunacaq. İkihissəli mistik dramın quruluşçu rejissoru və rəqslərin quruluşçu müəlliflərdən biri Nicat Kazımov, rəssamı Elşən Sərxanoğludur. Musiqi tərtibatı İradə Muradovaya, döyüş səhnələri və tryukların quruluşu İsa Əsədova məxsusdur. Tamaşada rolları Xalq artisti Ağaxan Salmanlı, Əməkdar artist Kübra Dadaşova, aktyorlar Sona Babayeva, Kərəm Hadızadə, Manaf Dadaşov, Günel Məmmədova, Elnur Kərimov və başqaları oynayırlar.
Sentyabrın 22-də axşam (saat 19) isə teatrda “Müsyö Jordan və dərviş Məstəli şah” tamaşası nümayiş etdiriləcək. Tamaşanın quruluşçu rejissoru Xalq artisti Cənnət Səlimova, quruluşçu rəssamı Əməkdar rəssam Tahir Tahirov, rəqslərin quruluşçusu Sənan Hüseynlidir. Rolları əməkdar artistlər Leyli Vəliyeva, Gülər Nəbiyeva, Elşən Rüstəmov, Şövqi Hüseynov, Rahib Əliyev, aktyorlar Kərəm Hadızadə, Asya Atakişiyeva, Natiq Fərzəliyev və başqaları canlandıracaq.
Lalə