Sentyabrın 25-də Sankt-Peterburqda Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının quruluşunda M.F.Axundzadənin “Müsyö Jordan və dərviş Məstəli şah” komediyası əsasında hazırlanmış tamaşa nümayiş etdiriləcək. Tamaşaya Xalq artisti Aleksandr Şarovski quruluş verib.
Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə reallaşan qastrol səfərindən sonra truppa Yaroslavlda XIII Beynəlxalq Volkov festivalına qatılacaq. Yaradıcı heyət sentyabrın 28-də Fyodor Volkov adına Dram Teatrının səhnəsində Aleksandr Ostrovskinin “Qurdlar və qoyunlar” əsərini təqdim edəcək. Festivaldan sonra sənətçilərimiz teatrın səhnəsində daha iki tamaşa oynayacaqlar.
Oktyabrın 3-də Bakıya qayıdacaq kollektiv oktyabrın 7-dən 10-dək Minskdə qastrolda olacaq. Belarusda keçiriləcək Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində tamaşaçılara “Müsyö Jordan və dərviş Məstəli şah” komediyası təqdim olunacaq.