Musiqili Komediya Teatrında Yusif Əkbərovun quruluşunda "Qızıl toy" tamaşası hazırlanır. Tamaşanın bəstəkarı Oqtay Kazımi, libretto müəllifi Ramiz Heydərdir. Rolları əməkdar artistlər Xanım Qafarova, Nərgiz Kərimova, Əkbər Əlizadə, Çingiz Əhmədov və başqaları canlandıracaq.
   Teatrın rus bölməsi isə Əməkdar incəsənət xadimi Əsgər Əsgərovun quruluşunda Jan Batist Molyerin "Skapenin kələkləri"ni tamaşaçılara təqdim edəcək. 

   L.Azəri