Azərbaycan Dövlət Rus Dram Teatrının kollektivi Sankt-Peterburqda qastrolda olub. Yaradıcı heyət sənətsevərlərə böyük dramaturq Mirzə Fətəli Axundzadənin “Müsyö Jordan və dərviş Məstəli şah” pyesinin tamaşasını təqdim edib. Qastrol Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi, ölkəmizin Sankt-Peterburqdakı baş konsulluğu tərəfindən, “Sankt-Peterburqun Azərbaycan diasporu” və “Ümumrusiya Azərbaycanlıları Konqresi” təşkilatlarının dəstəyi ilə gerçəkləşib.
V.F.Komissarjevskaya adına Akademik Dram Teatrında göstərilən tamaşadan əvvəl çıxış edən ölkəmizin Sankt-Peterburqdakı baş konsulu Qüdsi Osmanov belə mədəniyyət tədbirlərinin iki ölkə arasında əməkdaşlığa töhfə olduğunu vurğulayıb.
Tamaşa şərqsayağı parlaq və əlvan mahnı və rəqslərlə zəngin olub. Teatrın baş rejissoru Aleksandr Şarovskinin səhnə versiyası həyatsevər Qarabağ qadın və kişilərinin gündəlik qayğılarla yanaşı, həyatdan zövq almağı bacardıqlarını da əks etdirir. Tamaşa anşlaqla keçib.