Dövlət Gənc Tamaşaçılar Teatrı Azərbaycan İctimai-Siyasi Universiteti ilə birgə “İlk tələbə bileti, teatrla ilk tanışlığın sevinci” adlı layihə həyata keçirib. Teatrda keçirilən tədbirdə universitetin 1-ci kurs tələbələrinə qiymət kitabçası və tələbə biletləri təqdim edilib.
İctimai-Siyasi Universitetin rektoru, professor Rasim Nəbiyev bildirib ki, artıq ikinci dəfə gerçəkləşən layihənin məqsədi gəncləri Azərbaycanın zəngin mədəniyyəti və incəsənəti ilə yaxından tanış etmək, teatrın hərtərəfli imkanlarından yararlanaraq təhsil sisteminə müsbət təsir göstərməkdir. Gənc Tamaşaçılar Teatrının direktoru, Əməkdar artist Mübariz Həmidov sənət ocaqlarında göstərilən tamaşaların müasir Azərbaycan gəncliyinin, tələbələrin dünyagörüşünün artırılmasında rolundan danışıb.
Xalq şairi Söhrab Tahir İctimai-Siyasi Universitetin tələbə biletlərinin gənclərə teatrda verilməsini əlamətdar hal, onlarda incəsənətə sevgi yaradan simvolik hadisə kimi dəyərləndirib. Görkəmli şair Nəriman Həsənzadə, akademik Teymur Bünyadov, universitetin prorektoru İfrat Əliyeva çıxışlarında tələbə adını qazanmış hər kəsə yeni təhsil ilində müvəffəqiyyət arzu ediblər.
Sonra tədbir iştirakçılarına Gilyermo Fiqeyredonun “Ezop” tamaşası təqdim olunub. Əməkdar artistlər Leyli Vəliyeva, İlqar Cahangirov, Nofəl Vəliyev, aktyorlar İradə Rəşidova, Rövşən Abbasov, Vahid Orucoğlunun rol aldığı tərbiyəvi əhəmiyyətli komediya maraqla qarşılanıb.
L.Azəri