Piter Qoldfarb: «Teatr insanlara ruh verməlidir»
II Bakı Beynəlxalq Teatr Konfransında müxtəlif ölkələrdən qonaqlar iştirak edirdi. Onlardan iki nəfərə - Beynəlxalq Teatr İnstitutunun vitse-prezidenti, UNESCO-nun sülh artisti, sudanlı Əli Mehdi, o biri isə Beynəlxalq Teatr İnstitutunun ABŞ mərkəzinin vitse-prezidenti Piter Qoldfarba iki eyni sualla müraciət etdik:
- Konfransdakı çıxışlarda dünyada teatrın həm tamaşaçı sarıdan və həm də yaradıcı böhran keçirdiyi fikirləri səsləndi. Dünyadakı böhran, iqtisadi tənəzzül, inqilablar cəmiyyətdə müxtəlif psixozlarla yaşayan insanı nevrotik varlığa çevirməkdədir. Sizcə, belə bir dövrdə teatrın seçimi nə olmalıdır?
Piter Qoldfarb:
- Bütün bunlar ətrafdan gələn mənfi enerjinin nəticəsidir. Biz özümüzü cəmləməliyik. Bunun üçün müəyyən təcrübəmiz olmalıdır, çünki təcrübə heç vaxt yalan demir. Biz öz təcrübəmizdən çıxış etməliyik. Tamaşaçının qıtlığı bu mənfiliklərin nəticəsidir. Teatr onlara ruh verməlidir. Əlbəttə, onlar həm də əylənməlidirlər.
Əli Mehdi:
- Teatrın, incəsənətin böyük rolu var. Aktyorlar, tamaşalar bir ölkədən başqa ölkəyə, bir ölkədən dünyaya məktub, mesajdır. Biz həm də aldığımız təcrübələri öz xalqımıza ötürürük. Peşəkarlıq çox vacibdir.
- Milli qarşıdurmaların, toqquşmaların baş verdiyi dünyada sizin başqa millətdən, başqa dindən olan insanlara nə isə demək imkanınız var. Onlara nə deyə bilərsiniz?
Piter Qoldfarb:
- Mən Şekspirdən bir cümlə deyəcəyəm: “Sənin öz qəlbinin təmiz olmağı hər şeydən üstündür”. Ürək təmizliyi insanları birləşdirə bilən bir şeydir.
Əli Mehdi:
- Biz tək olan Allaha ibadət edirik və din hər kəsin şəxsi işidir. Biz öz etiqadımızı başqalarına qəbul etdirə bilmərik. Biz sülhlə yaşamalıyıq. Bir ittifaqa gəlməliyik. Bu işdə incəsənətin rolu çox böyükdür.
Aliyə