ABŞ-ın Kaliforniya ştatının San Fransisko şəhərində Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operası tamaşaya qoyulub.
Azərbaycanın Los Ancelesdəki baş konsulluğundan verilən xəbərə görə, opera San Fransisko Dünya Musiqi Festivalı (San Francisco World Music Festival) çərçivəsində səhnələşdirilib.
Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev tədbiri giriş sözü ilə açaraq, «Leyli və Məcnun» operasının tarixi barədə məlumat verib, onun müsəlman dünyasında ilk opera olduğunu və indiyə kimi sevilə-sevilə ifa edildiyini qeyd edib. Sonra diplomat Azərbaycanın Xalq artisti, məşhur pianoçu, hazırda San Fransiskoda yaşayan Çingiz Sadıqova San Fransisko Dünya Musiqi Festivalının xüsusi fəxri fərmanını təqdim edib. Fəxri fərman Ç.Sadıqova Azərbaycan musiqi və mədəniyyətinin ABŞ-da və bütün dünyada təbliği sahəsində gördüyü işlərə görə verilib.
Sonra opera tamaşası nümayiş etdirilib. Leyli və Məcnun rollarını gənc xanəndələr Vüsalə Musayeva və İlkin Əhmədov ifa ediblər. Mahir instrumental ifaçılar İmamyar Həsənov (kamança) və Rüfət Həsənov (tar), eləcə də Çin, Hindistan, Cənubi Koreya və ABŞ musiqiçilərindən ibarət orkestr xanəndələrimizi müşayiət edib. Tamaşa alqışlarla qarşılanıb.