Dekabrın 15-də Akademik Opera və Balet Teatrında Əməkdar incəsənət xadimi, professor Elnarə Dadaşovanın “Sayalı” baletinin premyerası keçiriləcək. Balet məhəbbəti, gəncliyi və “Novruz” bayramı ərəfəsində təbiətin oyanışını tərənnüm edir.
   Tamaşanın quruluşçu baletmeysteri albaniyalı xoreoqraf Pulumb Aqilliu, dirijoru Azərbaycanın Xalq artisti, professor Cavanşir Cəfərov, quruluşçu rəssamı isə Əməkdar mədəniyyət işçisi Yusif Babayevdir. Səhnə əsərində gənc balet artistləri ilə yanaşı, teatrın aparıcı solistləri - Xalq artisti Kamilla Hüseynova, əməkdar artistlər Gülağası Mirzəyev, Samir Səmədov da iştirak edəcəklər.