Tamaşada Belarusun opera ulduzları da iştirak edəcəklər
   
   Yanvarın 12-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında C.Puççininin “Madam Batterflyay” (“Çio-Çio-San”) operasının tamaşası olacaq. 
   Teatrın mətbuat xidmətindən verilən məlumata görə, tamaşada əsas partiyaları ifa etmək üçün Belarus Milli Akademik Böyük Opera və Balet Teatrının aparıcı solistləri, vokalçıların beynəlxalq müsabiqələrinin laureatları - Belarusun Əməkdar artisti Yelena Bundeleva (Çio-Çio-San) və Belarusun Xalq artisti Sergey Frankovskiy (Pinkerton) dəvət olunublar.
   Tamaşada həmçinin Azərbaycanın Xalq artisti, vokalçıların Bülbül adına III beynəlxalq müsabiqəsinin laureatı Əvəz Abdullayev (Şarples) və Əməkdar artist Səbinə Vahabzadə (Suzuki) iştirak edəcəklər. Tamaşanı tanınmış dirijor, Xalq artisti, professor Yalçın Adıgözəlov idarə edəcək.