Qusar Dövlət Ləzgi Dram Teatrının yaradıcı kollektivi Rafiq Səməndərin “Şəhidlər” əsərini səhnələşdirib. Tamaşa 20 Yanvar faciəsinin ildönümü ərəfəsində qusarlı tamaşaçılara təqdim ediləcək. 1992-ci ildən fəaliyyət göstərən teatrda indiyədək 80-ə yaxın tamaşa səhnəyə qoyulub.