20 Yanvar faciəsinə həsr olunur
Yanvarın 19-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında yazıçı-dramaturq Tamara Vəliyevanın 20 Yanvar faciəsinə həsr olunmuş “Mənim ağ göyərçinim” tamaşası nümayiş etdiriləcək.
Tədbir Səbail Rayon İcra Hakimiyyəti ilə Gənc Tamaşaçılar Teatrının birgə təşkilatçılığı ilə keçiriləcək. Teatrın mətbuat xidmətindən bildiriblər ki, tamaşanın nümayişindən əvvəl teatrın kollektivi Qanlı Yanvar faciəsində həlak olan soydaşlarımızın əziz xatirəsini anmaq üçün Şəhidlər xiyabanını ziyarət edəcək.
Tamaşanın quruluşçu rejissoru Xalq artisti Cənnət Səlimovadır. Nakam məhəbbət haqqında ikihissəli səhnə əsərinin tərtibatçı rəssamı Gürcüstanın tanınmış rəssamı, Tumanaşvili adına Teatrın baş rəssamı Şota Qlurjidze, musiqi tərtibatçısı Vladimir Neverov, rəqslərin quruluşçusu Vüsal Mehrəliyevdir.