Yanvarın 23-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Üzeyir Hacıbəylinin “Əsli və Kərəm” operasının premyerası keçiriləcək.
   Dahi bəstəkarın yaradıcılığında xüsusi yeri olan bu operanın ilk tamaşası 1912-ci il mayın 18-də Opera və Balet Teatrının binasında keçirilib. Operanın Azərbaycan xalq dastanının motivləri əsasında yazılmış librettosunun müəllifi də Üzeyir Hacıbəylidir.
   Operanın yeni quruluşunun rejissoru Əməkdar incəsənət xadimi Hafiz Quliyev, musiqi rəhbəri və dirijoru Əməkdar incəsənət xadimi Sevil Hacıyeva, quruluşçu rəssamı isə Əməkdar mədəniyyət işçisi Yusif Babayevdir.
   Premyera tamaşasında əsas partiyaları Opera və Balet Teatrının gənc solistləri, respublika muğam müsabiqəsinin laureatları Vüsalə Musayeva (Əsli) və İlkin Əhmədov (Kərəm) ifa edəcəklər. Tamaşaçılar növbəti tamaşalarda həmin partiyaları Arzu Əliyeva və Elnur Zeynalovun ifasında da seyr edə biləcəklər. Gənclərlə yanaşı, operada teatrın təcrübəli solistləri - Xalq artisti Şahlar Quliyev (Keşiş), əməkdar artistlər Sabir Əliyev (Şah), Nizami Bağırov (Paşa), solistlərdən Nəzər Bəylərov (Sofi), Mütəllim Dəmirov (Şeyx) və başqaları çıxış edəcək.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar