Müsabiqədə klassik musiqi ifaçıları, xor və balet artistləri iştirak edə bilərlər
   
   Azərbaycan Dövlət Musiqili Komediya Teatrı kollektivin simfonik orkestrində, xor və balet heyətində işləmək üçün müsabiqə elan edib. 
   Teatrın mətbuat xidmətindən bildiriblər ki, müsabiqədə 18 yaşından yuxarı klassik musiqi ifaçıları, xor və balet artistləri iştirak edə bilərlər.
   Teatrın direktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayev deyib ki, teatrın heyətində əsaslı dəyişikliklər etmək üçün belə müsabiqənin keçirilməsi vacibdir: “Biz istəyirik ki, istedadlı gənclərə yol açaq. Bu, binası yenicə təmirdən çıxacaq teatr üçün xüsusilə vacibdir. İstər yaradıcı qrup, istərsə də texniki heyət üçün geniş iş şəraiti yaradılır. Bizim öhdəmizə isə həm aktyor, həm də orkestr, xor və balet heyətlərinin tərkibini möhkəmlətmək, yeni gənc və istedadlı kadrları teatra cəlb etmək, repertuarı zənginləşdirmək düşür. Hazırda teatrda kadr çatışmazlığı var və bu boşluğu doldurmaq üçün istedadlı kadrlara ehtiyac duyulur. Ümid edirik ki, seçim turundan sonra yaradıcı heyətdə tam yenilik nəzərə çarpacaq”.
   Direktor qəhrəman obrazlarını yarada biləcək, səs imkanları ilə seçilən gənc və istedadlı aktyor-vokalçılara ehtiyac olduğunu, bu arzu ilə teatra müraciət edən gənclər arasında da seçim keçiriləcəyini bildirib. Sənədlər fevralın 28-dək Musiqili Komediya Teatrında qəbul edilir.
   







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar