Mart ayında Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının səhnəsində V.Sıqarevin eyniadlı pyesi əsasında “Yalan detektoru” tamaşası təqdim olunacaq. Tamaşa Azərbaycanın Xalq artisti Aleksandra Nikuşinanın yubileyi münasibətilə səhnələşdirilir. Ailədaxili münasibətlərdən bəhs edən səhnə əsərinin quruluşçu rejissoru Xalq artisti Aleksandr Şarovski, quruluşçu rəssamı Nikita Sazonov (Rusiya), geyim rəssamı Olqa Abbasova, musiqi tərtibatçısı Əməkdar mədəniyyət işçisi Vladimir Neverovdur. Əsas rolları Aleksandra Nikuşina, Yuri Baliyev, Səfa Mirzəhəsənov ifa edəcəklər.
   
   Lalə Azəri