Cəfər Cabbarlı adına Gəncə Dövlət Dram Teatrının yaradıcı kollektivi Türkiyənin Konya şəhərində keçiriləcək türkdilli xalqların “Bir nəfəs, bir söz” adlı teatr festivalında iştirak etmək üçün aprelin 11-də qardaş ölkəyə yola düşəcək.
Teatrın direktoru Əli Qasımovun sözlərinə görə, kollektiv festivalda milli teatrımızı Mirzə Fətəli Axundzadənin “Müsyö Jordan və dərviş Məstəli şah” əsəri ilə təmsil edəcək.