Dövlət Akademik Milli Dram Teatrında böyük dramaturq Hüseyn Cavidin “Topal Teymur” pyesi tamaşaya hazırlanır. Səhnə əsərinin quruluşçu rejissoru Mehriban Ələkbərzadənin verdiyi məlumata görə, tamaşanın premyerası oktyabr ayında - Hüseyn Cavidin anadan olmasının 131-ci ildönümündə olacaq. Rejissor bildirib ki, bu əsər sonuncu dəfə 1926-cı ildə səhnəyə qoyulub: “Turan ideyasına görə sovet dövründə bu əsərin səhnə taleyinə uzun illər qadağa qoyulmuşdu. Bu tamaşanı hazırlamaq mənim üçün hədsiz məsuliyyətli işdir”.
M.Ələkbərzadə rejissor kimi əsərin bəzi hissələrinə özünəməxsus yozum verərək, fərqli baxış bucağı göstərməyə çalışacağını deyib: “Düzdür, əsərə toxunmamışam, amma bəzi motivlər var ki, onlardan mütləq istifadə edəcəyəm”.
Səhnə əsərində əsas rollarda Abbas Qəhrəmanov (Teymur) və Hikmət Rəhimov (Yıldırım) çıxış edəcəklər.
Xatırladaq ki, 1983-cü ildə tanınmış rejissor Ramiz Həsənoğlunun quruluşunda Hüseyn Cavidin “Topal Teymur” pyesinin televiziya tamaşası hazırlanıb.