Döv­lət Aka­de­mik Mil­li Dram Teat­rın­da bö­yük dra­ma­turq Hü­seyn Ca­vi­din “To­pal Tey­mur” pye­si ta­ma­şa­ya ha­zır­la­nır. Səh­nə əsə­ri­nin qu­ru­luş­çu re­jis­so­ru Meh­ri­ban Ələk­bər­za­də­nin ver­di­yi mə­lu­ma­ta gö­rə, ta­ma­şa­nın prem­ye­ra­sı okt­yabr ayın­da - Hü­seyn Ca­vi­din ana­dan ol­ma­sı­nın 131-ci il­dö­nü­mün­də ola­caq. Re­jis­sor bil­di­rib ki, bu əsər so­nun­cu də­fə 1926-cı il­də səh­nə­yə qo­yu­lub: “Tu­ran ide­ya­sı­na gö­rə so­vet döv­rün­də bu əsə­rin səh­nə ta­le­yi­nə uzun il­lər qa­da­ğa qo­yul­muş­du. Bu ta­ma­şa­nı ha­zır­la­maq mə­nim üçün həd­siz mə­su­liy­yət­li iş­dir”.
M.Ə­lək­bər­za­də re­jis­sor ki­mi əsə­rin bə­zi his­sə­lə­ri­nə özü­nə­məx­sus yo­zum ve­rərək, fərq­li ba­xış bu­ca­ğı gös­tər­mə­yə ça­lı­şa­ca­ğı­nı de­yib: “Düz­dür, əsə­rə to­xun­ma­mı­şam, am­ma bə­zi mo­tiv­lər var ki, on­lar­dan müt­ləq is­ti­fa­də edə­cə­yəm”.
Səh­nə əsə­rin­də əsas rol­lar­da Ab­bas Qəh­rə­ma­nov (Tey­mur) və Hik­mət Rə­hi­mov (Yıl­dı­rım) çı­xış edə­cək­lər.
Xa­tır­la­daq ki, 1983-cü il­də ta­nın­mış re­jis­sor Ra­miz Hə­sə­noğ­lu­nun qu­ru­lu­şun­da Hü­seyn Ca­vi­din “To­pal Tey­mur” pye­si­nin te­le­vi­zi­ya ta­ma­şa­sı ha­zır­la­nıb.






Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar