Martın 4-də Muzey Mərkəzinin sərgi qalereyasında 8 mart - Beynəlxalq Qadınlar Gününə həsr olunmuş “Gözəllik nuru - 2016” adlı sərgi və konsert keçiriləcək.
Tədbir Mədəniyyət və Turizm Nazirliyi, Muzey Mərkəzi, Milli Musiqi Komitəsi və “Kukla” Art Qalereyası tərəfindən təşkil olunub. “Gözəllik nuru” incəsənət layihəsi qadınların incəsənət və həyatdakı roluna həsr olunub. Layihə ənənəvi olaraq hər il 8 mart - Beynəlxalq Qadınlar Günü ərəfəsində gerçəkləşir.
Tədbirdə təqdim olunacaq konsert proqramında klassik musiqi nümunələri səslənəcək. “Gözəllik nuru-2016” sərgisi martın 8-dək davam edəcək.